Söz Bulaq loqosu

Aşıq Pəri

Sənin

XIX əsrin qoşmaları
Nə yatıbsan ləhaf bəstər içində,Bimarmısan, nədir bəs halın sənin?
Eşqin mərəzinin mən təbibiyəmBəyan eylə mənə əhvalın sənin.
İsmi-şərifiniz dada yetişsin,Mətləb alıb hər murada yetişsin.
Xaliq özü bir imdada yetişsin.Hifzində saxlasın zavalın sənin.
Bar ilahım gülzarına qıymasın,Xəstə olan bimarına qıymasın,
Şirin-şirin göftarına qıymasın,Bağışlasın qaşi-hilalın sənin.
Bir məsəldir: Bağban olan bar çəkər,Əndəlibin həm meyli gülzar çəkər,
Allahına bəndə ahü zar çəkər,Qəm çəkmə, kamildir kamalın sənin.
Mən Pəriyəm, eşqə zaram neyləyim,Dərdi-dildən xəbərdaram, neyləyim,
Burdan ora intizaram, neyləyim,Şəfalansın nuri-vüsalın sənin.