Söz Bulaq loqosu

Aşıq Pəri

Mürşidi-kamildən dərsimi aldım

XIX əsrin qoşmaları
Mürşidi-kamildən dərsimi aldım,Can götürüb bu meydana gəlmişəm.
Mürği-Səməndərin aşinasıyam,Od tutuban yana-yana gəlmişəm.
Müxtəsər, nə deyim, naşısan, naşı!Tutubdur yaxanı eşqin ataşı,
Bu tərifqər zənənə nə yaraşı,Həqq bilir ki, mən mərdana gəlmişəm.
Pünhanıda bir azarım var mənim,Gözlər yolda, intizarım var mənim,
O kəlməndən xəridarım var mənim,Sən sərrafsan, mən də kana gəlmişəm.
Zənbur olar şanda belə məkanda,Çox ariflər mandə gənci-pünhanda,
Bülbül - abadanda, bayqu - viranda,Əndəlibəm, gülüstana gəlmişəm.
Pərizadə əl götürməz canından,Dərsin alıb sahibkamal yanından,
Külli-işin mərifətin kanından,Bəzm içində mən fəğana gəlmişəm.