Söz Bulaq loqosu

Aşıq Pəri

Baxtım

Şeir
Nə müddətdir bu qəflətdən,Oyanmırsan, qara baxtım.
Çəkdirdiyin əziyyətdən,Usanmırsan, qara baxtım.
Atmısan ümmani-qəmə,Gülünə etmisən aləmə,
Məni dərdə salıb yenə,Dayanmırsan, qara baxtım.
Axıtdın sel tək qanımı,Üzmüsən cavan canımı,
Almısan adü-sanımı,Utanmırsan, qara baxtım?
Yaşayıram zəhmət ilə,Çətinliklə, zillət ilə,
Sən Pəriyə hörmət ilə,Dolanmırsan, qara baxtım.