Söz Bulaq loqosu

Aşıq Ələsgər

Yavaş get

Qoşmalar
Bəzənib, qurşanıb seyrə çıxan yar,Ala gözlü Səhnəbanım, yavaş get!
Hər qıya baxanda, evlər yıxan yar,Cəllad olub tökmə qanım, yavaş get!
Mən sana aşiqəm, sən mana buta,Dəhanın bənzəyir qəndə, nabata.
Ləbin tənə vurur abi-həyata,Qoynu cənnət-i rizvanım, yavaş get!
Ələsgərəm, oldum dəli, divana,At müjganın, sinəm qoydum nişana.
Sallanışın bənzər huri-qılmana,Kəbəm, qibləm, din-imanım, yavaş get!