Hər yetən gözələ “gözəl” demərəm,Gözəldə gərəkdi işvə-naz ola.
Buxağından ətri-bənövşə gələ,Qoynu gülşən ola, bahar, yaz ola.
Hər görəndə həsrətilə sarışa,Deyə, güləşirin-şirindanışa.
Əldəyəndətez-tezküsə, barışa,Ortalıqdasöhbətola, sazola.
Nəuzun, nə gödək, münasib gərək,Ağzı, burnunazik, dodaq kip gərək,
Əndambüllur, bədən güldən saf gərək,Baxtınvura, bunişandaqızola.
Ərdən boşanmışdan biraz kənardur,Əriöləngözələbax, boynunu bur.
Ələsgər, torunu sən tərlana qur,Bəlkə, tora düşən bir şahbaz ola.