Dərdim çoxdu, dindirməyin, həzarat!Məni bir alagöz ceyran öldürür.
Qılıncsız, tüfəngsiz alır canımı,Kimsə bilmir, pünhan-pünhan öldürür.
Heç bilmirəm neyləmişəm, neylərəm,Xəncər alıb, qara bağrım teylərəm,
Bir canım var, yara qurban eylərəm,El desin: "Aşiq də qurban öldürür".
Ələsgərəm, bir gözələ mehmanam,Ölməyincə çətin dönəm, usanam.
Əzrayılı qanlı tutmasın anam,Məni bir kirpiyi peykan öldürür.