Söz Bulaq loqosu

Aşıq Ələsgər

Dürdanəni səngi-siyah içində

Qoşmalar
Dürdanəni səngi-siyah içindəHəsrət gözüm görən kimi tanıdı.
Könül bivəfadı, heç salmır yada,Göz doymur, gözünün mehribanıdı.
Yanaqları güldü, olubdu xəndan,Cismidə mələkdi, nəsildə – insan.
Simi-zənəxdandı, mirvari-dəndan,İnnabi ləbləri can dərmanıdı.
Adım Ələsgərdi, əslim Göyçəli,Ələst aləmində demişəm “bəli!”.
Həm aşiqəm, həm dərvişəm, həm dəli,Canım gözəllərin yol qurbanıdı.