Çərşənbə günündə, çeşmə başındaGözüm bir alagöz xanıma düşdü.
Atdı müjgan oxun keçdi sinəmdən,Cadu qəmzələri qanıma düşdü.
İşarət eylədim dərdimi bildi,Gördüm həm gözəldi, həm əhli-dildi,
Başını buladı, gözündən güldü,Güləndə qadası canıma düşdü.
Ələsgərəm hər elmdən halıyam,Gözəl, sən təbibsən, mən yaralıyam,
Dedi nişanlıyam, özgə malıyam,Sındı qol-qanadım, yanıma düşdü.