Söz Bulaq loqosu

Aşıq Ələsgər

A bivəfa

Qoşmalar
A bivəfa, a bimürvət, nainsaf,Keçən günlər heç yadına gəlməzmi?!
Yoxsa unudubsan əhd-peymanı,Leyli Məcnununu yada salmazmı?!
Ayrılıq bizlərə oldu müqərrəm,Hicrandan ciyərim bağladı vərəm.
Quldan xəta gələr, ağadan kərəm,Məşuq aşiqinə kərəm qılmazmı?!
Ələsgərəm, düşdüm eldən avara,Axtardım, dərdimə olmadı çara.
Bir iyidin əli yetməsə yara,Qocalıb, başına küllər olmazmı?!