Söz Bulaq loqosu

Aşıq Ələsgər

Yalvarıram

Oxşar şeirlər
Sidqinən sığınmışamSübhana yalvarıram,
Məhəmmədə tabe olubQur'ana yalvarıram.
Məzhəbimdi Cəfər Sadiq,Qibləmdi Kəbəm mənim,
İlqarımda çox möhkəməm,İmama yalvarıram.
Atdı şəhadət barmağınZəbun etdi Xeybəri,
Çəkəndə "Allahu-Əkbər!"iQırdı yüz min ləşkəri,
Alimlərin ümidgahı,Möminlərin pənahı,
Şahi-Mərdan, şiri yəzdanMən ona yalvarıram.
Dar günümdü dada yetiş,Ədalət şahım mənim,
Ey böyük ümidgahım,Sənsən pənahım mənim,
İsmimdi Aşıq Ələsgər,Çoxdur günahım mənim,
Günahkarı sən aparmaDivana yalvarıram.