Söz Bulaq loqosu

Aşıq Ələsgər

Tellərin

Şeir
Gözəl, sənin nə vədəndi,Kəsilib qısa tellərin?
Kəlağayı əlvan, qıyqacıÜstündən basa tellərin.
Yanaqların güldü, solmaz,Oxlasan, yaram sağalmaz.
Qaşın cəllad, gözün almaz,Bağrımı kəsə tellərin.
Bağban ağlar bar ucundan,Alma, heyva, nar ucundan.
Ələsgər tək yar ucundanBatıbdır yasa tellərin.