İbtida "əlif"dən dərsin almışam,Ələst aləmində demişəm "bəli",
Həqiqətdən iki gözəl sevmişəm,Birisi Mühəmməd, birisi Əli.
Əlidən dərs aldım eylədim əzbər,Ərşin sütunudur yerlərə ləngər,
Fatimeyi-Zəhra, şafeyi-məhşər,Onun seçdim gözəllərin gözəli.
Həsən Əl- müctəbda çoxdur şövkəti,Ərşin güşvarəsi, göyün zinəti,
Məhşər günü darda qoymaz hümməti,Əsğər qucağında şah Hüseyn gəli.
Xəliqi-ləmyəzəl vahid əl-yektay,Qüdrətindən kamal verib mənə pay,
Oxu"əlif", "ğeyn"i, eylə haqqı-say,Arif seçər əbcəd ilə cəm əli.
Günahım dəryadı, özüm qanmışam,Tutduğum işlərdən çox utanmışam,
Püşti-pənahına daldalanmışam,Adım Ələsgərdi, əslim - göyçəli.