Söz Bulaq loqosu

Aşıq Ələsgər

Nədi adı

Şeir
Şəriətlə təriqəti seçənlər,Təriqətlə həqiqətin nədi adı?
Hansı şah haqq ilə ilqar eylədi,Nə incidi, nə ah çəkdi, nə dadı?
İstəyirsən seyr edəsən Sinanı,Şər işlərdən saqın, saxla sinanı.
Sədət gətdi sini içində si nanı,Dildə qaldı nə ləzzəti, nə dadı!
Ələsgər də eşq içində qaladı,Şirin canın ataşına qaladı.
Ər iyidin canı getsə, qala adı,Nakəslərin dəhr içində nə də adı!