Canımı qurban elərəmBir belə tərlan gözələ;
Hal bilən, şirin gülən,Dosta mehriban gözələ;
Boy uca, gərdən mina,Zülfü pərişan gözələ;
Dolanıb mürği-ruhum,Olubdu mehman gözələ;
Xəstəyəm, yalvarıramHəkimi-Loğman gözələ.
Gözəl xanım cilvələnibGözəllərin xası kimi;
Görəni Məcnun eləyirLeylinin sevdası kimi;
Ala gözlər şölə çəkirGöyün sürəyyası kimi;
Çəpgəni hər rəng çalır,Peyğəmbər xirqası kimi;
Baratdı, behişdən gəlib,Gətirib qılman gözələ.
Gözəl xanım al geyinibGözəllər xasından gözəl;
Silkinir, gərdən çəkirGöllər sonasından gözəl;
Libas əndamına layiq,Əndam libasından gözəl;
Qabliyyət, mə'rifət tapıbAta-anasından gözəl;
Gözəlliyi cəm veribdiXaliqi, sübhan gözələ!
Qəmgin idim, xələt verdi,Məlul könlüm açdı gözəl;
Arifsən, əhli-ruhsan,Can sana peşgaşdı, gözəl!
Ay qabaq şö'lə verir,Qaşın göyçək qaşdı, gözəl!
Nə qədər gözəl görmüşəm,Hamısından başdı Gözəl;
Cavanşir gözəllərininCəmisi qurban Gözələ!
Fələkdən GileyliyəmGünü bizə qara verib;
Mömini zəlil eyləyib,Suru günahkara verib;
Tərlanı sara yazıb,Tər qönçəni xara verib;
Ələsgər Məcnun olub,Meylini dağlara verib;
Unudub ibadəti,Bağlayıb dastan gözələ.