Gedirdim güzarım düşdü bulağa,Ovçu bərəsində maralı gördüm.
Yatır, inildəyir, durub boylanır,Bir neçə yerindən yaralı gördüm.
Zalım ovçu onu alıb nişana,Dəlib ürəyini, boyayıb qana,
Yıxılıb çevrilir o yan bu yana,Kəsilibdi səbri, qəralı gördüm.
Təbib olsam, yaraların bağlaram,Sinən üstün düyünlərəm, dağlaram,
Ələsgərəm o səbəbdən ağlaram,Ananı baladan aralı gördüm.