Söz Bulaq loqosu

Aşıq Ələsgər

Başa-baş

Şeir
A bimürvət, həsrətini çəkməkdənİllər ilə xəstə düşdüm başa-baş.
:Mən aşığam başa-baş,:Oxu dərsin başa-baş.
:Eşqindən səməndərəm,:Oda yandım başa-baş.
«Can» deyənə «can» deginən mərdana,Baş qoyanın qoy yolunda başa-baş.
Səndən ayrı haçan geysəm al, inci,Geyinibsən, yar, qəddinə al, inci.
:Mən aşığam al inci,:Gey qəddinə al, inci.
:Dosta xəyanət olmaz,:Qurma mənə al, İnci!
Bir canım var, alacaqsan al, İnci!Bir busə ver, sövdə vuraq başa-baş.
Ələsgərəm, dərdim budu, ay ağa!Eynim yaşı neysan kimi a yağa.
:Mən aşığam, ay ağa,:Piltə yanar a yağa.
:İllər xəstəsi canım,:Yar gəldi, qalx ayağa.
Gah baş olan, gah da düşər ayağa,Kimsə varmaz fələk ilə başa-baş.