Ələstidən «bəli» deyənSübhana baş endirir.
Məhəmmədə nazil olanQur'ana baş endirir.
Özü birdi, adı minbir,Vəhdəhuəl-laşərik;
Əhli-mömin körə bilməz,Pünhana baş endirir.
Ölməyincə bu sevdadanCətin dönəm, usanam;
Həqiqətdən dərs almışam,Təriqətdən söz qanam.
Şahi-Mərdan sayəsindəElm içində ümmanam;
Dəryaların qaydasıdır,Ümmana baş endirir.
Biçarə Aşıq Ələsgər,Olma elmə nabələd;
Danışanda doğru danış,Sözün çıxmasın qələt.
Çox qazansan, az qazansan,Beş arşın ağdı xələt;
Mal-dövlətə baş endirənƏfsana baş endirir.