Söz Bulaq loqosu

Aşıq Ələsgər

Bahalıq

Şeir
Görməmişdik səksən ildəBir belə yaman bahalıq.
Dad! Həzər dad! ƏlindənÇəkirik aman bahalıq!
Mal satan taxıl satanSatırlar iman bahalıq
Gen dünya bizim üçünOlubdu zindan bahalıq!
Günü-gündən dərdimizEyləyir tüğyan bahalıq!
İndən belə başımızdaNamərdlərin töhmətidi
Hansı məclisə gedirsənArpa darı söhbətidi:
Qartop ilə ayran aşıSüfrəmizin nemətidi:
Buraya bahalıq salanQeyri yerin millətidi:
Nə işə əl atırıqsaOluruq peşman bahalıq!
Nə mal yoxdu sataq yerdəNə də keçi toğlu qoyun:
Əkmədik qardalı darıBaşımıza gəldi oyun:
Ağ lavaşı bəyənməyənİndi arpa cadı yeyin
Ələsgərin bu dərdiniGedin dərd bilənə deyin:
Ac susuz açıq çılpaqSürürük dövran bahalıq!