Söz Bulaq loqosu

Almas İldırım

Yarın

XX əsrin şeirləri
(Şərq üçün)Xəzan pəncəsində saralan güllər,
Şübhəsiz, şənlənib güləcək yarın.Həsrətlə çırpınan xəstə könüllər,
Pək dadlı nəşələr sürəcək yarın.Qırılacaq kirli, dəmir qəfəslər,
Daha gəlməyəcək o yanıq səslər,Qaranlıqlardakı inləyən kəslər
Yaşlı gözlərini siləcək yarın.Şərqə hökm edərkən qabarlı əllər,
Qönçələr verəcək soluq əməllər.Bir şənlik görməyən o issız ellər

Səadət nə imiş, biləcək yarın.