Söz Bulaq loqosu

Almas İldırım

Yaralı olmasaydı

XX əsrin şeirləri
Kim ovçu niyyətiylə gəzərdi bu dağlarıSinəsində can alan maralı olmasaydı?
Kim şair həsrətiylə süzərdi bu dağları,İçindən qəlbi qırıq, yaralı olmasaydı.
Of… Duman çökdü yenə bu könül dağlarına,Kim gətirmiş adımı solğun dodaqlarına?
Kim düşərdi həyatın görünməz ahlarına,Bu könül o könüldən aralı olmasaydı?
Kim məni saldı bilməm dayanılmaz bu dərdə,Nerdə mənim öz yuvam, öz elim, günüm nerdə?
Anam məni doğurub yaşatmasaydı orda,Ya içimdəki bülbül oralı olmasaydı…