Söz Bulaq loqosu

Almas İldırım

Tamara

XX əsrin şeirləri
Eşqsiz qalan bir dil kimi göz dikərək ənginə,Gizli-gizli həsrət çəkib ağlarmıan, Tamara?
Dalıb dilib axşamların yas doğursan rənginə,Aşıb-daşan Dəryal kimi çağlarmısan, Tamara?
Yadındamı bir baharda üz-üzə gəldik vəcdə,Sən mənə bir eşq oxudun, etdim bu eşqə səcdə,
Səndən başqa almadım mən ilk bahardan bir müjdə,Sən könlümü zəncirləyən bağlarmısan, Tamara?
Yadındamı mana sundun göy Borjomun suyunu,Ilk olaraq mən qucmuşdum o yüksələn boyunu,
Bir qəhrəman Şamil kimi güdsəm ölüm oyunu,Mana imanlı bir ümid bağlarmısan, Tamara?..