Dedi-qodu yayanlaraYürüyürük, yolumuz tikan, çala, dağ, dərə,
Qəlbimiz alov aldı bir sönməz ehtirasdan.Yürüyürük, bu yolda qurbanlar verə-verə,
Varlığımız kül oldu düşdügümüz bu yasdan…Susun, siz barı susun, gəlsin diləgə dağlar,
Titrəsin acılardan zəhər sunan dodaqlar.Vətən atəşdə, qanda, Araz coşar, Kür ağlar,
Sizlər utanmadınız o talanmış Qafqasdan