Söz Bulaq loqosu

Almas İldırım

Quzğun üçün

XX əsrin şeirləri
Bir zamanlar vəcdə gəldim coşğun səsindən,Dinlədikcə dərdlərini sarıldım saza.
İlham alıb dalğaların kişnəməsindən,Diyar-diyar sürükləndim dərd yaza-yaza…
İçimdəki dərin sızı yadınmı, Quzğun?Dodağımda donub qalan adınmı, Quzğun?
Söylə, sənə nədən "Dəli Xəzər" demişlər?Kor taleyin əldən-ələ gəzər demişlər,
Səni sevən öz canından bezər demişlər?Yetməz oldu yollara göz dikdiyim, Quzğun,
Bitməzmi bu kor fələkdən çəkdiyim, Quzğun?Söylə nədir üzündəki o qızıl ləkə?
Qanmı verdi yarasından qucduğun ölkə?Xəyalınmı gözlərimdə bu mavi kölgə?
Ey uzaqdan qadasını aldığım Quzğun,Gur səsini dost elinə saldığım Quzğun..