Ağlama, ağlama, ey gözləri buludtlu yar,Barı uzaqdan olsa, qadanı ala bilsəm…
Bir tərlan kimi qonsam o qar yallı dağlara,Bir ovçu vursa, düşsəm, sinəndə qala bilsəm,
Qurbanın ola bilsəm…Yenə yaşlar göründü o dalğın gözlərində,
Bir qurbanmı gedən var o buz dənizlərində?Illər boyu bir bahar görməyən düzlərində,
Gül kimi açılsam da, gül kimi sola bilsəm,Mən sənin ola bilsəm…
Dün bir yaralı durna bir xəbər verdi acı,Dedi: "Dağların issız, yox qumrusu, turacı"
Bir dərdə düşmüşsən ki, bulunmazmış əlacı…O dərdinə bir məlhəm, dir dərman bula bilsəm,
Mən sənə gələ bilsəm…