Yenə qanla dolmuş afaqın,Canavar gözlərində kin parlar.
İti caynaqlı qanlı pəncədə,Didilən, pək çox ağlayanlar var.
Ey siyah üzlü vəhşi əfriyyət,Nə gözəl, kirli şöhrətin vardır.
Varlığından usandı bir xilqət,Hakimin qan içən krallarıdır.
O krallar, o kinli cəlladlarHökm edən farsda, Çində, hər yerdə.
Qopuyor ölkələrdə fəryadlar,Nerdə vicdan, ədalətin nerdə?
Varlığın hər dəmirlə, daşlarla,Parçalansın da qanlı yaşlarla,
Nə deyim, ah, o gözlərin batsın.Səni, ey Qərb, fələklər ağlatmaz,
Bir qədər bəklə sən də, sən də bir az,Səni yalnız bir ağladan olacaq
O da əlbət, qızıl, qızıl bayraq.