Ülküdaşım LeylayaQanadım yox, uçub gəlsəm yaxana,
Sinəndəki şahinlərə eş olsam.Ya da məğrur bir qartalin qonduğu
Köksündə bir əsirdidə daş olsam...Göy bir bulud olub səndə gərilsəm,
Torpaq olub ayağına sərilsəm,Bir gül olub sənin üçün dərilsəm,
Ya ovçunun şikarı bir quş olsam...Baxıb dursam uzaq-uzaq izlərə,
Qulaq versəm səni anan sözlərə,Həsrətinlə buludlanan gözlərə,
Səndən axan bir damlacıq yaş olsam...