Qanlı pəncələrdə göz yaşı tökmə,Ey siyah örtüklü gəlini Şərqin!
Zalimə yalvarma, boynunu bükmə,Azca açma daha əlini Şərqin.
Çökdüsə ortaya hicran, ağlama,Oldusa ellərin viran, ağlama,
Verdinsə sən bir çox qurban, ağlama,Bəyazlatma siyah telini Şərqin.
O şimdi inləyən naşadlarınla,O qəlbindən qopan fəryadlarınla,
O igid çöhrəri övladlarınla,Parçala, yax qara tülünü Şərqin.
Bax yenə coşuyor axan çayların,“Qalx” deyə səsləyir Himalayların.
İnan ki, qoynunda üsyandır yarın,Aydın et üsyanla yolunu Şərqin.
Silkin, ta qırılsın dəmir qəfəsin,Sərvətin işlətsin “haqq” deyən səsin,
Zalim düşmənləri yaxsın nəfəsin,Qaldır yüksəklərə yolunu Şərqin.
Ey parçalanmış Şərq, ey gözəl ana,Bənzə dənizlərdə qopan tufana,
Aciz yox, cəsur ol, hayqır düşmana,Əzməsin inləyən elini Şərqin!