Söz Bulaq loqosu

Almas İldırım

Müqəddəs ixtilal

XX əsrin şeirləri
Qaranlıqda gözlərim dikilmiş üfüqlərə,Bir fırtına səsi var, buludlar göydə dal-dal
Açmış Doğu bağrını sökəcək şəfəqlərə,Qop, ey dəli fırtına, rişəni könlümə sal,
İxtilal istəyirəm, müqəddəs bir ixtilal…Doğan günəşlə qopsun bir axın vəlvələsi,
Görünsün qan köpüklü qasırğanın yeləsi,Bitsin əsir türklüyün, bitsin artıq çiləsi,
Nə zəncirli bir Qafqas, nə qan qusan bir Ural,İxtilal istəyirəm, müqəddəs bir ixtilal…
Sovursun ümmanlara gövdə, bacaq, bilək, baş,Yerə girsin, Kremlin qalmasın daş üstdə daş,
Hürr insanlıq uğrunda başlasın qətli-savaş,Vaxt gəlmişdir, ey zaman, bir ölüm şərqisi çal,

İxtilal istəyirəm, müqəddəs bir ixtilal…