Söz Bulaq loqosu

Almas İldırım

Kopet dağları

XX əsrin şeirləri
Mən sana gəlmişəm uzaq bir eldən,Məni də sinənə al, Kopet dağlar!
Bu odlu qəlbimdə daşqın arzu var,Gəl mənə bir laylay çal, Kopet dağlar!
Hər yanın bir çeşmə, göy çəmən, çayır…Artıq mən nə yazım təsvirə dair
Gəlmiş hüzuruna əsir bir şair,Sevgimi qəlbinə sal, Kopet dağlar!
Bir xatirat deyə qalsın dərində,Adımı əks etdir dərələrində,
Mən gedər olsam da, sən öz yerindəƏsrlər boyunca qal, Kopet dağlar!..