Söz Bulaq loqosu

Almas İldırım

Hanı

XX əsrin şeirləri
Axşam olur, quşlar dönər yuvayaMənim dönüb qonacağım dal hanı?
Sabah olur çoban enər obayaMənim qalxıb-enəcəyim yol hanı?
Yaz gəlincə dağlar duman quşanır,Dərələrdən sellər axır, boşanır,
Könlüm deyir onsuz nasıl yaşanır?Söylər – mənim doğulduğum el hanı?
Həsrət qalıb baharına, qışına,Sordum onu uçub gələn quşuna,
Baxma, dostum, gözlərimin yaşına,Məni ondan ayıracaq qol hanı?