Söz Bulaq loqosu

Almas İldırım

Buludlar

XX əsrin şeirləri
Lermontovdan iqtibasEy lacivərd göylərin əbədi yolçuları,
Mirvarid zəncir kimi üfüqlər aşarsınız.Sizdəmi mənim kimi doğma, əziz vətəndən
Qovuldunuz, onunçun cənuba qoşarsınız?Kimdir qovan sizləri, talemi, ya qərarmı?
Və ya gizli bir həsrət, açıq bir qərəzmi var?Yoxsa bu geniş göylər gəzməyə sizə darmı?
Genəmi axşamlarda şeytanların bəzmi var?Yox, yox… Siz bu bəhrəsiz tarlalardan bıqdınız,
Onun üçün uzun bir yolçuluğa çıxdınız…Yabançıdır sizlərə iztirab və ehtiras,
Siz o boşluq içində azad doğulursunuz.Sizlər ki, mənim kimi duyamazsız kədər, yas

Nə bir vətəniniz var, nə də qovulursunuz.