Roma papasınaEy qəlbi Tanrısının eşqiylə çarpan papas,
Bu tanrısız şairi dinləməzmisən bir az?Dün teleqraf telləri xəbər verdi dərindən
Bu imansız ellərə küsüb darıldığını,Kin püskürən gizli bir hərbə sarıldığını…
O doğrudur, biz atdıq tanrıları yerindən,Bizdə Allah naminə kirli bir şey qalmadı.
Məbədlərdən silindi köhnə allahın adı,O məbədlər ki, orda bir zamanlar şahların
Fironların naminə rəsmi keçid düzüldü.O məbədlər ki, orda yerdəki allahların
Bir əmrilə minlərcə insan qanı süzüldü.Orda ki, sənin kimi papasların dizinə
Yüzlərlə bakirələr göz yaşları tökürlər.Müqəddəs mehrabların qan çilənmiş üzünə,
Allahların naminə qızlar dizə çökürlər.Orda ki, bir zamanlar Allahın oğlu Isa
"Müqəddəs" Məryəmlərin çəkərdi keşiyini.Papasların belindən gələn o bir çocuqlar
Göz açınca çöllərdə görərdi beşiyini.O məbədlər ki, indi mehrabları boş qalmış,
Allahların yerində toz-torpaq və daş qalmış.O məbədlər ki, artıq kimsə çalmaz zəngini,
Biz onların büsbütün dəyişdirib rənginiQırmızı fırçalarla boyamışıq qapısın.
Ölkədə çoxaldırıq mədəniyyət tapısın.Fəqət sənin beynində yenə Allah naminə
Dinin qara fitnəsi varlığıyla oynaşır.Gəl yenidən anlatma bizə Tanrı nə, din nə,
O qəhbəlik dövrünə bizdə nifrət qaynaşır.Biz hala unutmadıq milyonlarla bəşərin
Böyük Allah naminə tökdüyü al qanları.Biz hala unutmadıq hər zəncirli ürəyin
Böyük Allah naminə verdiyi qurbanları.Biz hala unutmadıq iki doğma qardaşın
Din üçün bir-birini doğrayıb çapdığını,Biz hala unutmadıq bəşərin tarixində,
Atanı öz oğluna bir düşmən yapdığını.Bəsdir Allah naminə günahsızlar boğuldu,
Bəsdir Allah naminə fahişələr doğuldu.Yetər sağır göylərin hökmranlığı bitdi.
Getdi artıq allahın, peyğəmbərin də getdi.Zənnimcə, papam, sənin ömrün də pək az qaldı.
Sən özün vicdanınla, söylə, varmıdır Allah?Ey Roma qızlarının qoynunda yatan papa…