Söz Bulaq loqosu

Almas İldırım

A dost

XX əsrin şeirləri
Gülşən yapdım, güllərini yel aldı,Bir tək qönçəsini dərmədim, a dost!
Bir bağça saldırdım, gəldi sel aldı,Bircə meyvəsini görmədim, a dost!
Dosta bel bağladım, tuzağa düşdüm,Cananə can dedim, uzağa düşdüm,
Əfsunlanmış qızıl bir ağa düşdüm,Birlik diləyinə ermədim, a dost!
Mən baxarkən o sevdiyim Doğuya,Sən ortaq ol bu içdiyim ağuya,
Orda bir gəlin var, qaldı yağıya,Onu bir doyunca sarmadım, a dost!
Bu çarpan qəlb onun, bu tək can onun,Damarlarımdakı axan qan onun,
Könlümü coşduran bu iman onun,Mən özgəyə könül vermədim, a dost…