Şair
Ağabəyim ağa
Janrlar qəzəl, qoşma
Ağabəyim ağa (Ağabacı; 1782, Qarabağ xanlığı – 1832, Qum) — azərbaycanlı şairə, Qarabağ xanlığının ikinci xanı İbrahimxəlil xanın qızı və Qacar şahı Fətəli şahın xanımı, bir digər məşhur şairə Xurşudbanu Natəvanın bibisi. Ağabəyim ağa 1780-ci ildə Xankəndidə, Xanbağında anadan olub. Ağa Məhəmməd şah Qacar 1797-ci ildə Şuşada qətlə yetiriləndən sonra taxta onun yerinə Fətəli şah çıxır.
Fətəli şah "hər iki tərəfin xatircəmliyi üçün" İbrahimxəlil xana öz qızı Ağabəyim ağanı (Xurşidbanu Natəvanın bibisi) hərəmxanasına göndərməsini söyləyir. İbrahimxəlil xan bu nikaha qol qoyur və öz sevimli qızını Qacar hökmdarı Fətəli şaha ərə verir (1801). Beləliklə, Ağabəyim ağa 1797-ci ildə Qarabağdan Tehrana gəlin köçür. Ağabəyim ağanın könlünü şad etmək üçün Fətəli şah Tehranda möhtəşəm bir bağ saldırır.
Xankəndidə, Şuşada bitən bütün ağac, gül-çiçəyi burada əkdirir ki, Ağabəyim doğma yerlərin havasını bu bağdan ala bilsin. Bu gülüstanın da adını "Vətən bağı" qoyurlar. Ağabəyim həmin bağa seyrə çıxarkən çox qəmlənir.
Bu şairin şeirləri hələ əlavə edilməyib.