Şair
Abdulla Şaiq
Janrlar uşaq şeiri, lirik şeir
Abdulla Şaiq (əsl adı: Abdulla Axund Mustafa oğlu Talıbzadə; 24 fevral 1881, Tiflis – 24 iyul 1959, Bakı) — azərbaycanlı şair, yazıçı, dramaturq, publisist, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan uşaq ədəbiyyatının banilərindən biri, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1940). Abdulla Şaiq Mustafa oğlu 1881-ci il fevralın 24-də Tiflisin Şeytanbazar məhəlləsində anadan olmuşdur. Onun valideynləri Axund Mustafa və Mehri xanım bir neçə il idi ki, Tiflisə köçərək orada məskunlaşmışdılar.
Abdulla böyük qardaşı Yusifdən sonra evin ikinci övladı idi. Onun əkiztayı olan qız övladı doğulandan az sonra vəfat etmişdir. Atası Axund Mustafa Süleyman oğlu dövrünün seçilən bir ruhani ziyalılarından idi.
O, 1881-ci ilədək Tiflis şəhəri üzrə qazinin müavini, sonra isə Qafqaz şeyxülislamının müavini işləmişdi. Oğlanları Yusif və Abdulla ilk təhsillərini Tiflisdə müsəlman uşaqları üçün nəzərdə tutulan altısinifli ruhani məktəbində almışdılar. Bu məktəb təkcə dini təhsil ocağı deyildi.
Bu şairin şeirləri hələ əlavə edilməyib.