Səhər ki, badədən aldı üzün bu rəngilə tab,Şəfəq utandı, günəş ruyi üstə çəkdi niqab,
Məhəbbət əhlinə verdi o zövqi qəmzə ilə,O yar gözlərinin təsirilə axdı şərab.
Cahanda şöhrət alıbdır ətirdə Çin mişki,Onun saçı bu sözə qıvrılıb da verdi cavab.
O gülüzar vüsali xəyalə gəldikdə,Nədənsə gözlərimi bağladı bu yersiz xab,
Tükəndi səbrü qərarım vüsali-eşqində,Ürək bu intizarə necə səbr edib gətirsin tab?!
Zavallı könlüm onun zülfü içrə bəndə düşüb,Nə qədər axtarıram tapmıram, olub nayab.
Şikayət etməyirəm eşqdən bir an, Qüdsi,Üfürdüyücə odu şələlər edər portab.