Fəqrlə tapdım özümə mən əlac,Qalmadı dərmanə daha ehtiyac.
Bax ki, bu dərgahda duran bəndələr,Səltənət almış, özü bitəxtü tac,
Şəhdi-ləbindən acı sözlər belə,Ruhə verir ləzzətü zövqilə bac.
Gözlə ürəkdən əcəb aldın təvan,Almamış heç kəs bu cürə bir xərac.
Mənfəət axtarma bu bazardə,Qəlb yolu tapmaz belə yerdə rəvac.
Piri-Muğandan dilədim hümməti,Söylədi dərddir yenə dərdə əlac.
Cami-mey al dəstinə, ey Qüdsi, sən,Gizli qalan sirləri dünyayə aç!