Eşitdim: pul verib təbibə səhər--Bir xəstə üstünə dəvət etdilər.
Xəstənin qüvvəti getmişdi tamam.Hərarət içində yanırdı müdam.
Qürurla soruşdu ondan kef, əhval,Xəstəyə verdi o bir neçə sual.
Nəhayət, guya ki, o tapdı dərdi,Xəstədən qan almaq əmrini verdi.
Yazığın qolundan alındıqda qan,Qanıyla bərabər axıb getdi can.
Qorxuyla, təşvişlə olsa da, həkim,Deyirdi: «Nə yaxşı oldu tədbirim.
Nə yaxşı qan aldıq, dincəldi bədən,Qurtardıq xəstəni bu ağır dərddən».
Bizim əsrdə də belədir: əyan--Döşünə döyərlər hər alanda can.
Hər kəsin bir işi düşsə əlinə,Pozaraq o işi, öyünər yenə.
Bu çür minnət qoyub, can almaq, həmən,Yaxşıdır yenə boş vədə verməkdən.
Deyirlər: Bir kəsdən edəndə xahiş,Düzəltsin birinə bir əməl, bir iş.
Əzəldən düzünü söylərdi o kəs:«Ki, ümid olmayın siz mənə əbəs,
Elə bu sizə çox hörmətdir ki, mən,Avara qoymuram öz işinizdən».
Ey Qüdsi, buraxma düzlüyü sən də,Hörmətsiz olarsan yalan deyəndə.