Söz Bulaq loqosu
Qəm çəkmə, könül, gər ciyərin qanə dönübdürƏyyami-vüsalın şəbi-hicranə dönübdür.
Bülbül tək işin naləvü əfqanə dönübdür,Tiflisə nəzər qıl ki, gülüstanə dönübdür,
Hər bir gözəli afətü cananə dönübdür.İrs ilə yetib bunlara asari-vəcahət,
Geysuləri sünbül tək alıb tabü təravət,Qamətləri dünyaya salıb türfə qiyamət,
Hər dilbərə bir növ verib rəngi-nəzakət,Kür suyu məgər çeşmeyi-heyvanə dönübdür!?
Hər şuxi-pəripeykər açıb türreyi-tərrər,Dildadələri etmək üçün damə giriftar.
Səy yadi sitəmgər bu guzərgahdə çox var,Ahubeçələr tək doludur kuçəvü bazar,
Çin mülkünə bu mənzili-viranə dönübdür.Hər kim gələ Tiflisə tamaşa tələbindən,
Zülfi-ruxi-məhvəşləri görmək səbəbindən,Görməz əsəri rahəti-can ruzi şəbindən,
Xoşləhcə pərizadələrin ləli-ləbindən,Bu kişvəri-pürşür bədəxşanə dönübdür.
Bunlarda bu yarəb, nə səfadir fərəhəngiz,Hər sərvqədin şivəyi-rüxsarı bəlaxiz,
Rüxsari-niku, türrəyi-mişkini dilaviz,Hər əbruyi-xəm şəkldə bir xəncəri-xunriz,
Qan tökmək üçün hər müjə peykanə dönübdür.Hərçənd bu gülzardə çox dilbəri gördüm,
Can qəsdim edən şuxi-sitəmküstəri gördüm,Arizləri mehtaba bərabərləri gördüm,
Əvvəl yetişən gündə ki, İskəndəri gördüm,Aya bu mələkdir, dedim, insanə dönübdür.
Qüdsi ki, dəmi-qüds vurub lafi-təvəlla,Tən eylər idi görsə birin valehü şeyda,
Tərk eyləmiş islamı görüb bunları hala,İstər ola carubkeşi-səhni-kəlisa,

Zünnar salıb boynuna Sənana dönübdür.