Söz Bulaq loqosu

Abbasqulu ağa Bakıxanov

Səlamətliyin qədri

Şeir
Səbəbsiz həkimi vurdu bir hakim,Həkimsə eylədi şükrilə təzim.
Soruşdum: «Təşəkkür yersiz olarmı?»Söylədi: «Bundan çox yaxşılıq varmı?
Ki, bu güc, bu idrak sahibi əlan,Verə də bilərkən qətlimə fərman.
Vurmaqla göstərdi mənə iltifat,Deməli o mənə bəxş etdi həyat».
Döz Qüdsi, üz versə nə cürə zillət,Çünki var ondan da betər əziyyət.