Söz Bulaq loqosu

Abbasqulu ağa Bakıxanov

Dönübdür

Şeir
Qəm çəkmə, könül, gər ciyərin qanə dönübdür,Əyyami-vüsalın şəbi-hicranə dönübdür.
Bülbül tək işin naləvü əfqanə dönübdür,Tiflisə nəzər qıl ki, gülüstanə dönübdür.
Hər bir gözəli afətü cananə dönübdür.İrs ilə yetib bunlara asari-vəcahət,
Geysuləri sünbül tək alıb tabü təravətQamətləri dünyaya salıb türfə qiyamət,
Hər dilbərə bir növ verib rəngi-nəzakət,Kür suyu məgər çeşmeyi-heyvanə dönübdür?
Hər şuxi-pəripeykər açıb türreyi-tərrar,Dildadələri etmək üçün damə giriftar.
Səyyadi-sitəmgər bu güzərgahda çox var,Ahubeçələr tək doludur kuçəvü bazar,
Çin mülkimə bu mənzili-viranə dönübdür.Hər kim gələ Tiflisə tamaşa tələbindən,
Zülfi-ruxi-məhvəşləri görmək səbəbindən,Görməz əsəri-rahəti-can ruzü şəbindən,
Xoşləhcə pərizadələrin ləli-ləbindən,Bu kişvəri-pürşur Bədəxşanə dönübdür.
Bunlarda bu yarəb, nə səfadır fərəhəngiz,Hər sərvqədin şiveyi-rüxsan bəlaxiz,
Rüxsari-niku, türreyi-mişkini dilaviz,Hər əbruyi-xəm şəkildə bir xəncəri-xunriz,
Qan tökmək üçün hər müjə peykanə dönübdür.Hərçənd bu gülzardə çox dilbəri gördüm,
Can qəsdim edən şuxi-sitəmküstəri gördüm,Arizləri mehtaba bərabərləri gördüm,
Əvvəl yetişən gündə ki, İskəndəri gördüm,Aya bu mələkdir, dedim, insanə dönübdür.
Qüdsi ki, dəmi-qüdsi vurub lafi-təvəüa,Tən eylər idi görsə birin valehü-şeyda,
Tərk eyləmiş islamı görüb bunları hala,İstər ola çarubkeşi-səhni-kəlisa,

Zünnar salıb boynuna, Sənana dönübdür.