Azərbaycan şifahi xalq ədəbiyyatı
Bayatılar
Yeddihecalı dördlüklərdə xalqın həsrəti, sevgisi, vətən duyğusu və hikməti.
1007 bayatı
Axtarış və süzgəc
Mətnləri kəşf et
Bayatılar
Mövzuya görə seçilənlər
- Bayatı · Vətən və qürbətA dağlar, uca dağlar,Hamıdan qoca dağlar.Ayrılıqdan üzüldüm,Mən dözüm necə dağlar?Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətAxşamlar, ay axşamlar,Şamlar yanar axşamlar.Evli evinə gedər,Qərib harda axşamlar?Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətAğ maya düzdə qaldı,Yükü Təbrizdə qaldı.Oğlanı dərd apardı,Dərmanı qızda qaldı.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətAğlayarlar, gülərlər,Göz yaşını silərlər,Keçən yurdun qədrini,Düşən yurdda bilərlər.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətAman, aman ayrılıq,Olur yaman ayrılıq.Eşidəndə başımdan,Qalxır duman ayrılıq.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətAraqçını yan qoydum,İçinə biyan qoydum.Vətənə keç baxanınÜrəyinə qan qoydum.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətAraz axar yan verər,Səsi mənə jan verər.Yaramı möhkəm bağla,Bağlamasan qan verər.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətAraz, Araz, xan Araz.Dağlardan axan Araz,Yardan bir xəbər gətir,Evimi yıxan Araz.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətAraz, Araz, xan Araz,Dəryaya baxan Araz.Nişanlım gəmidədi,Gəl, eyləmə qan Araz.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətAraz başdan lil gələr,Dəstə-dəstə gül gələr,Neylərəm belə yarı,Ayda-ildə bir gələr.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətAraz buruldu, getdi,Suyu duruldu, getdi.Mən dedim yar incidi,Demə yoruldu, getdi.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətAraz daşanda bilər,Kür qarışanda bilər.Yar yarının qədrini,Ayrı düşəndə bilər.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətAraz daşanda mələr,Kür qarışanda mələr.Bala öz anasından,Ayrı düşəndə mələr.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətAraz gəlir, lillənir,Suyu gəlir, güllənir.Yarı xəlvətdə görcək,Mənim qəlbim dillənir.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətAraz qırağı meşə,Gəti dəsmalın döşə.Arasına gül düzüm,Dövrəsinə bənövşə.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətAraz üstə, buz üstə,Kabab yanar köz üstə.Qoy məni öldürsünlər,Bir ala göz qız üstə.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətAraz üstə nanəyəm,Yel, əsmə, pərvanəyəm.Yarım gedib Tiflisə,Dəliyəm, divanəyəm.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətAy çıxdı düzə düşdü,Qıvrım tel üzə düşdü.Fələk bir iş işlədi,Ayrılıq bizə düşdü.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətBarmağım beşdi mənim,Günlərim keçdi mənim,Cəfa çəkdim, yurd saldım,Axırım heçdi mənim;Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətBelədimi qürbət el,İgid oğul, qürbət elAdamı tez qocaldar,Qərib ölkə, qürbət el.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətBir ev tikdim dəyirmi,Dirəkləri iyirmi,Namərd hara gedirsən?Bu yurd sənin deyilmi?Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətBu çaydan gəmi gəldi,Şeh düşdü, nəmi gəldi,Gəl gözlərindən öpüm,Ayrılıq dəmi gəldi.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətBu dağlar bizə sarı,Dolan gəl bizə sarı.Qürbətdə qalan canım,Çəkərsən yüz azarı.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətBu dağlar ulu dağlar,Çeşməli, sulu dağlar.Burda bir qərib ölmüş ,Göy kişnər, bulud ağlar.–Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətBu qala, daşlı qala,Çınqıllı, daşlı qala.Qorxuram qərib öləm,Yar gözü yaşlı qala.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətBu maral sayıq deyil,Yatıbdır, ayıq deyil.Qürbətdə tək qalmağın,Adına layiq deyil.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətBu yol yola tən deyil,Yar burdan ötən deyil.Qürbətdə xoş gün görsəm,Yenə də vətən deyil.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətBu yoldan ötən yaxşı,Geyməyə kətan yaxşı.Gəzməyə qürbət ölkə,Ölməyə vətən yaxşı.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətBu yoldan ötənə bax,Köynəyi kətana bax.Qürbətdə gözün açma,Açanda vətənə bax.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətBurda yolum oldu tən,Varmı bu yoldan ötən,Bu dünyaya şirin şey,Bir anadır, bir Vətən.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətBurdan uzaq Gəncədi,Zülfün pəncə-pəncədi.Ölüm Allah işidi,Ayrılıq işgəncədi.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətÇay deyiləm axım bir,Dağı-daşı yaxım bir.Qanadım yox ucalım,Vətən sarı baxım bir.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətÇimdim Gəncə çayında,Baharında, yayında.Mən azadlıq quşuyam,Düşmən canın hayında.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətDağ başında qara bax,Üstün alan sara bax,Aləm cənnətə dönsə,Mənə xoşdur Qarabağ.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətDağlarda gəzən mənəm,Əhdim var bəzənmənəm,Ağır elin qızıyam,Qürbətdə gəzəmmənəm.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətDərbənd yolun kəsərəm,Yarpaq kimi əsərəm,Yar qürbətdən gələndəQuzu qurban kəsərəm.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətDərdim nədir, bilirəm,Göz yaşımı silirəm.Bir yandan bu ayrılıq,Bir yandan can verirəm.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətDurna sanınnan keçər,Ötər, sanınnan keçər,Igid vətən yolunda,Ölər canınnan keçər.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətElədimi dad ola,Fəryad ola, dad ola.Qorxuram qərib öləm,Ağlayanım yad ola.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətƏzizim ağlamazlar,Gülərlər, ağlamazlar.Qürbətdə ölən kəsin,Gözlərin bağlamazlar.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətƏzizim Ala dağa,Gün düşür Ala dağa.Mən Qarabağ əhliyəm,Yaz məni Qaradağa.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətƏzizim bir-bir düşər,Ox yaydan bir-bir düşər.Qürbətdə keçən günlər,Ömürdən bir-bir düşər.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətƏzizim dağı-daşı,Od tutdu bağrım başı.Viran gördüm yurdumu,Qurumaz gözüm yaşı.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətƏzizim kətan yaxşı,Keyməyə kətan yaxşı,Qürbət yer cənnət olsa,Yenə də vətən yaxşı.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətƏzizim kətanda gül,Şalda gül, kətanda gül.Yerimiz yaxşı yerdi,Hayıf ki, Vətən degil.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətƏzizim qala yerdə,Bürc yerdə. qala yerdə.Qorxuram qərib öləm,Cənazəm qala yerdə.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətƏzizim səni, Təbriz,El sevər səni, Təbriz,Al qoynuna əzizlə,Ana tək məni, Təbriz.Oxu və paylaş →
- Bayatı · Vətən və qürbətƏzizim, yar diyarı,Yar yurdı, yar diyarı.Alçaq ol, uca dağlar,Görünsün yar diyarı.Oxu və paylaş →