Azərbaycan şifahi xalq ədəbiyyatı
Bayatılar
Yeddihecalı dördlüklərdə xalqın həsrəti, sevgisi, vətən duyğusu və hikməti.
1007 bayatı
Axtarış və süzgəc
Bayatıları kəşf et
Bayatılar
Mövzuya görə nəticələr
- Bayatı · Məhəbbət və eşqA dağlar, bizim dağlar,Sizə var sözüm dağlar.Qurbanam qara gözlü,Yarıma özüm, dağlar.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqA dağlar, bizim dağlar,Sizə var sözüm dağlar.Ala gözli ceyrana,Vurğunam özüm dağlar.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqA dağlar, qarlı dağlar,Ətəyi barlı dağlar.Yar yadıma düşəndə,Ürəyim yara bağlar.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqA dağlar, qarlı dağlar,Meyvəli, barlı dağlar.Yarıma yol göstərin,Gözəl, ilqarlı dağlar.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqA dağlar, daşdı dağlar,Səndən kim aşdı dağlar?Gözlərim yuxu tutdu,Ceyranım qaçdı dağlar.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqA dağlar, uca dağlar,Dərdbilən qoca dağlar.Qoy axtarım yarımı,Verərəm bac a dağlar.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqAxar sular axmasın,Quş qanadın çaxmasın.Gedin, deyin yarıma,Öldüm, yola baxmasın.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqAğ alma xallanıbdı,Ağacdan sallanıbdı.Almanı göndərən yar,Kimlərə aldanıbdı?Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqAğ alma, qızıl alma,Nimçəyə düzül alma?Çirkin al nəcib olsun,Bəd əsil gözəl alma.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqAğrıdağı ağrımdı,Hər yarama sarğımdı,İrəvanın bağlarıMənim qara bağrımdı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqAğrıdır yara məni,Təbib yox, yara məni.Burda bir kimsənəm yox,Yetirin yara məni.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqAraz axar, yan gedər,Üstündə min can gedər.Yaramı yar bağlasın,Yoxsa axar, qan gedər.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqArzım aça bilmirəm,Yoldan keçə bilmirəm.Belimdə hicran yükü,Atıb qaça bilmirəm.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqAsmada üzüm qaldı,Dərmədim, gözüm qaldı.Yarım getdi, gəlmədi,Ürəkdə sözüm qaldı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqAşiq arada qaldı,Peykan yarada qaldı.Qohum uzaq, yar iraq,Nəşim arada qaldı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqAşiq aranı dağlar,Peykan yaranı dağlar.Könül istər, əl çatmaz,Kəsib aranı dağlar.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqAşiq gəzər mahalı,Sözlə bəzər mahalı.Çox gəzib, çox dolanan,Hər işdən olar halı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqAşiq süzgün gözlərim,Qəmdən üzgün gözlərim.Gözəldən doya bilməz,Baxsa yüz gün gözlərim.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqAşiqin çoxdi sənin,Kiprigin oxdi sənin.Yolunda can qoymuşam,Xəbərin yoxdi sənin.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqAşıq gəzər dağ-daşı,Axtarar yaşılbaşı.Can alan bir gözəlin,Sürməni neylər qaşı?Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqAşıq neylər yad aşı,Çaxçaq döyər ha daşı.Yukun hicran yukudu.Kirəkeşsən ha daşı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqAşıq sözə gəlməsin,Ceyran düzə gəlməsin.Getsin qara buludlar,Bir də bizə gəlməsin.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqAşıq sözün gizlədi,Sözün düzün gizlədi.Sən baxçaya çıxanda,Lalə üzün gizlədi.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqAşığam can burada,Ləli-mərcan burada.Yarı burada gördüm,Qoy verim can burada.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqAşığam, o yan yeri,Yuxudan oyan, yeri.Yüz il sel oya bilməz,Bir gün qəm oyan yeri.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqAtım-tutum alma, yar,Evdə yalqız qalma, yar,Əl mənim, ətək sənin,Nəzərindən salma, yar.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqAy batdı, qaş qaraldı,Bu gün rəngim saraldı.Yardan ayrı düşəli,Dünya mənə daraldı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqAy gəlin, çiçək gəlin,Gözləri göyçək gəlin.Sən mənə bax, mən sənə,Bu yoldan keçək gəlin.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqAy niyə güldü getdi?Gecəni böldü getdi.Yarım elə gözəldi,Əzrayıl aldı getdi.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqAy oğlan çıraqlısan,Əsli Qarabağlısan.Bir gözəl yar ucundan,Sən də sinədağlısan.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBahar gəldi, qar getdi,Bağban getdi, bar getdi.Məni pis günə qoydu,Nakam öldü, yar getdi.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBağlar başı tel oldu,Yel əsdi tel-tel oldu.Bivəfa yar ucundan,Gözüm yaşı seı oldu.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBağlarında üzüm var,Getmə dayan, sözüm var.Gözlərindən qorxuram,Qaşlarında gözüm var.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBağban duzər hasarı,Bağa qoymaz yasarı.Qəmdən bir ev tikmişəm,Hicrandandır hasarı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBağça bar deyib ağlar,Heyva, nar deyib ağlar.Dərya üstə bitən gül,O da yar deyib ağlar.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBağı gəzdim əzəldən,Dəstə tutdum xəzəldən.Bilsəydim vəfan budur,Dost olmazdım əzəldən.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBalıq suda yan verdi,Yaram coşdi, qan verdi.Dost məni yoxsul görcək,Üz çevirib yan verdi.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBir gül əkdim, xar oldu,Kətan köynək dar oldu.Mənə söz verən dilbər,Özgələrə yar oldu.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBir yaralı qoçam mən,Yerim yoxdu uçam mən.Ürək ki, süfrə degil,Hər gələnə açam mənOxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBu aşiq qəm əridir.Ay üzün qəməridir.Atı məhmiz öldürür,İgidi qəm əridir.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBu bağ əmimgilindir,Gəl tərini sil indi.Cəfa çəkdin, yar sevdin,Yarın qədrin bil indi.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBu bağlar meyvəlidi,Gözlərin işvəlidi.Nə yatmısan xümar göz,Qoynunda yad əlidi.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBu çaylar coşar indi,Qaynayıb daşar indi.Gözüm dağlarda qalıbYar gəlib aşar indi.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBu dağda maralım var,Ox dəgdi yaralım var.Nə gecə yuxum gəlir,Nə gündüz qərarım var.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBu dağlar hara qaldı,Gəzmədim, sara qaldı.Yar sevdim apardılar,Könlumə yara qaldı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBu dağlar kömürdəndi,Keçən gün ömürdəndi.Gözəldən vəfa umma,Ürəyi dəmirdəndi.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBu dağlar, qoşa dağlar,Verib baş-başa dağlar.Yarım səndə gəzibdir,Səni yüz yaşa, dağlar.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqBu dağların yamacı,Çoxli-çoxli ağacı.Mən bir dərdə düşmüşəm,Yarımdadı əlacı.Oxu və paylaş →