Azərbaycan şifahi xalq ədəbiyyatı
Bayatılar
Yeddihecalı dördlüklərdə xalqın həsrəti, sevgisi, vətən duyğusu və hikməti.
1007 bayatı
Axtarış və süzgəc
Mətnləri kəşf et
Bayatılar
Mövzuya görə seçilənlər
- Bayatı · Ana və ailəA dağlar, qaşlı dağlar,Qaşı sal daşlı dağlar.Biri tək dayanıbdı,Biri qardaşlı-dağlar.Oxu və paylaş →
- Bayatı · Ana və ailəAğ almanı dişlədim,Dişlədim, gümüşlədim.Qardaş gəldi qıymadım,Yar gəldi bağışladım.Oxu və paylaş →
- Bayatı · Ana və ailəAğlasa anam ağlar,Birisi yalan ağlar,Sən ağlama, anacıyım.Səsin yürəgim dağlar.Oxu və paylaş →
- Bayatı · Ana və ailəAna başa tac imiş,Hər dərdə əlac imiş.Bir övlad qocalsa da,Anaya möhtac imiş.Oxu və paylaş →
- Bayatı · Ana və ailəArif odu söz qana,Söz anlaya, söz qana.Sənə süd verən ana,Olsun mənə qaynana.Oxu və paylaş →
- Bayatı · Ana və ailəAy gəlin, sənə qurban,Dolan gəl dərə, qurban.Qardaş evi yaxşıdır,Yenə də ərə qurban.Oxu və paylaş →
- Bayatı · Ana və ailəAypara tək üzə bax,Qələm qaşa, gözə bax,Deyirsən, sevim səniAnam deyən sözə bax!Oxu və paylaş →
- Bayatı · Ana və ailəBaxdım şirin dillərə,Düşdüm quru çöllərə.Axtardım qohum-qardaş.Həsrət qaldım ellərə.Oxu və paylaş →
- Bayatı · Ana və ailəBu dərdlər oyar məni,Al qana boyar məni,Ögeydən ana olmaz,Sərgərdan qoyar məni.Oxu və paylaş →
- Bayatı · Ana və ailəBu görünün qaladır,Dörd bir yanı taladır.Yarı sevmək şirindir.Ayrılmaq bir baladır.Oxu və paylaş →
- Bayatı · Ana və ailəBu qala bir qaladır,Dörd bir yaanı taladır.Ayrılmaq asan işdir.Görüşmək bir baladır.Oxu və paylaş →
- Bayatı · Ana və ailəÇuxası yaşıl oğlan,Geyin yaraşır, oğlan.Bizim bağda dolanma,Anam dalaşır, oğlan.–Oxu və paylaş →
- Bayatı · Ana və ailəDurna qapı dalında,Gözüm qaldı xalında.Gedim deyim anama,Gəlim qalım yanında.Oxu və paylaş →
- Bayatı · Ana və ailəEləmi qalam qardaş,Səngərim, qalam qardaş.Yağı basqınçaq tapdı,Dardadı balam qardaş.Oxu və paylaş →
- Bayatı · Ana və ailəEləmi nalam qardaş,Fəryadım-nalam qardaş,Top atıldı, bürc sındı,Alındı qalam qardaş.Oxu və paylaş →
- Bayatı · Ana və ailəEvinin yanı çiçək,Yarpağı ləçək-ləçək.Qardaşın adaxlısı,Bəstəboy, gözü göyçək.Oxu və paylaş →
- Bayatı · Ana və ailəƏrəb atı zay olmaz,Köhlən ata tay olmaz.Mən ki, səndən pay umdum,Bir öpüşdən pay olmaz.Oxu və paylaş →
- Bayatı · Ana və ailəƏzizim balabanı,Asta çal balabanı.Hamı gəldi qürbətdən.Bəs mənim balam hanı?Oxu və paylaş →
- Bayatı · Ana və ailəƏzizim otağında,Bülbüləm budağında.Bala anadan ayrı,Can verir otağında.Oxu və paylaş →
- Bayatı · Ana və ailəƏzizinəm, ay qardaş,Qaşın ucu yay qardaş.Ölsə, bacılar ölsün,Heç deməsin "vay qardaş"Oxu və paylaş →
- Bayatı · Ana və ailəHalalar, ay halalar,Qartal dağda balalar,Qorxaq ölər, məhv olar,İgid alar qalalar.Oxu və paylaş →
- Bayatı · Ana və ailəXəncər üstə qaş gəlir,Qoşun başabaş gəlir.Qoşuna qurban olum,İçində qardaş gəlir.Oxu və paylaş →
- Bayatı · Ana və ailəXoruz ban verən yerdə,Yaram qan verən yerdə.Ana gəlsin yetişsin,Oğul can verən yerdə.Oxu və paylaş →
- Bayatı · Ana və ailəQardaş adına qurban,Alma dadına qurban.Səni yalqız demirəm,Gül adaxlına qurban.Oxu və paylaş →
- Bayatı · Ana və ailəQardaş ata gedibdir,Yata-yata gedibdir.Çiynində quzu kürkü,İxtilata gedibdir.Oxu və paylaş →
- Bayatı · Ana və ailəQardaş demə, qan olar,Yel əsər, fəqan olar.Qardaş gələn yollara,Bacılar qurban olar.Oxu və paylaş →
- Bayatı · Ana və ailəQardaş gəlir enişə,Yükü dönüb gümüşə.Qardaşa qız tapmışıq,Üzdə xalı bənövşə.Oxu və paylaş →
- Bayatı · Ana və ailəQardaş mənə qar göndər,Əsirgəmə, var göndər.Əl dəyməmiş yaylıqda,Gün dəyməmiş bar göndər.Oxu və paylaş →
- Bayatı · Ana və ailəMeyvə gərək tər olsun,Övlad gərək nər olsun.İgidə yaraşıqdır,Ad qazansın, ər olsun.Oxu və paylaş →
- Bayatı · Ana və ailəNar budağın əyəndə,Ucu yerə dəyəndə.Bir qoç qurban kəsəcəm,Balam "ana" deyəndə.Oxu və paylaş →
- Bayatı · Ana və ailəNaşı bilməz sözünü,Kor eyləyər gözünü.Ana bala ucundan,Oda yaxar özünü.Oxu və paylaş →
- Bayatı · Ana və ailəPəncərədə üzüm var,Ana, sənə sözüm var.Qonşu oğlanlarının,Kiçiyində gözüm var.Oxu və paylaş →
- Bayatı · Ana və ailəSəbr eylə, sana səbri,Mərd gərək qana səbri.Hər bir səbr tükənsə,Tükənməz ana səbri.Oxu və paylaş →
- Bayatı · Ana və ailəSən məni ağlar qoydun,Sinəmə dağlar qoydun.Yıxdın atam evimi,Qapısın bağlar qoydun.Oxu və paylaş →
- Bayatı · Ana və ailəUlduzlar sürü kimi,Ayın kəsiri kimi,Apardılar balamıFirəng əsiri kimi.Oxu və paylaş →
- Bayatı · Ana və ailəYarı yola salmışam,Qayğısına qalmışam.Mən yarımın iyini,Bacısından almışam.Oxu və paylaş →
- Bayatı · Ana və ailəYaz günü qara məni,Çəkdirmə dara məni.Zalım-imansız anam,Satdı kafdara məni.Oxu və paylaş →