Azərbaycan şifahi xalq ədəbiyyatı
Bayatılar
Yeddihecalı dördlüklərdə xalqın həsrəti, sevgisi, vətən duyğusu və hikməti.
1007 bayatı
Axtarış və süzgəc
Bayatıları kəşf et
Bayatılar
Mövzuya görə nəticələr
- Bayatı · Məhəbbət və eşqÜrək yara olmasın,Sınsın yara olmasın.Rəngin qara olsa da,Qəlbin qara olmasın.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqÜzümü dər səbətə,Nə qorxu var, nə xətə.Elə yar sevmişəm ki,Səs salıb məmləkətə.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqVeribdi ağı yada,Yar çəkib dağı yada.Bizdən bağban olmadı,Tapşırdıq bağı yada.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqVurdu mənə yar yara,Doğra bağrım, yar, ara.Fələkdə nə qaydadı,Həsrət qalır yar yara?!Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqYar arxanda bir dağam,Yatmamışam, oyağam.Dola qolun boynuma,Bir saatlıq qonağam.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqYar başa qara bağlar,Ürəyi yara bağlar.Vətəndən ayrı düşsəÜmidin hara bağlar?Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqYar geyinib tamam al,Tamam yaşıl, tamam al.Bu yarımçıq canımı,Rəhmin yoxsa, tamam al.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqYar, gül taxım telinə,Əlin vurub belinə.Qoy sağ olsun qaynata,Hörmət elər gəlinə.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqYar gülü telə bağlar,Kəmərin belə bağlar.Bülbül uçub, gül solub,Virandır yenə bağlar,Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqYar mənə baxdı, getdi,Qəlbimi yaxdı, getdi.Ağlamaqdan göz yaşım,Sel kimi axdı getdi.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqYar məni dərdə saldı,Qəmdən bənzim saraldı.Mənim ağlar gözlərim,Viran bağa su saldı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqYaradan,Yuxum gəlməz yaradan.Ya məni yara yetir,Ya al canım, yaradan!Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqYaraqları düzdülər,Hər tərəfi süzdülər.Mənim nə vaxtım idi,Əlim səndən üzdülər?Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqYaralıyam yatmaram,Güni günə satmaram.Yardan gələn bu dərdi,Ayrı dərdə qatmaram.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqYarı yolladım yola,Gözlərim dola-dola.Buluda çox yalvardım,Üstünə kölgə sala.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqYarım iraq gedibdir,Cibdə daraq gedibdir.Fikrim ilə xəyalım,Ondan qabaq gedibdir.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqYol kəsib haramılar,Dərd çəkir yaralılar.Siz Allah, yar cavandı,Dəyməyin, haramılar.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqZənəxdanın xaldı, yar,Dil-dodağın baldı yar.Səndəki bu gözəllik,Mahala səs saldı yar.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqZərxaradan libası,Gey sallan, olma ası.Məni yandırdı, yaxdı,Gözlərinin qarası.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqZiyatam, başdan yara,Artıbdı, başdan yara.Məni həsrət yaratdı,Yaradan başa yara.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqZülf uzun, üzə dəyər,Hörüyü üzə dəyər.Yanaxdakı cüt xalın,Beş min beş yüzə dəyər.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqZülfün siyah, yüz, yüz il,Ömrün olsun yüz, yüz il.Aşiq səndən yüzülməz,Sən aşiqdən yüz, yüz il.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqZülfün suda mar kimi,Oynar su damar kimi,Sızıldatdın aşiqi,Yağa su damar kimi.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqZülfün tök belə, dilbər,Tumar çək telə, dilbər.Yetər intizar qoydun,Dolan gəl belə, dilbər.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqZülfün ucu ilandır,Dur boynuma dolandır.Axır biz gedəsiyik,Qoca dünya qalandır.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqZülfünü bağda dara,Düşübdü bağ da dara,Vəfalı bir dost üçün,Rumu gəz, Bağdad ara.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqZülfünü dara gəlsin,Dost-aşna hara gəlsin?Sənsiz xoş günüm olsa,O günüm qara gəlsin.Oxu və paylaş →