Azərbaycan şifahi xalq ədəbiyyatı
Bayatılar
Yeddihecalı dördlüklərdə xalqın həsrəti, sevgisi, vətən duyğusu və hikməti.
1007 bayatı
Axtarış və süzgəc
Bayatıları kəşf et
Bayatılar
Mövzuya görə nəticələr
- Bayatı · Məhəbbət və eşqOd yaxır bu şən yeri,Yar gəlib düşən yeri.Dostumun göz yaşları,Yandırır düşən yeri.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqOda yaxır ah məni,Gah yarımı, gah məni,Taxsırım, günahım yox,Bağışlamır şah məni.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqOğlan gəlir enişdən,Kəmərbəndi gümüşdən.Yar ilə mərcimiz var,Mən dondan, o öpüşdən.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqOtağın gözəl xalı,Döşənmiş gözəl xalı.Müştağı candan eylər,Bəyimin gözəl xalı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqOturmuşam daş üstə,Papaq durar qaş üstə.Sən düşməni nişan ver,Nallamağı baş üstə.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqOydun, yaramı oydun,Tutdun maralı soydun.Qəm dağı basılmamış,De, bir haramı qoydun?Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqOvçu bərədə durub,Bərə üstə tor qurub.Yardan neçə yaram var,Hərəsin bir yol vurub.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqOvçu gəzər maralı,Maral durar aralı.Mən səninəm, sən mənim,Gözlərimin qaralı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqOvçu gəzir girəvə,Bağça dolan, gir evə.Yar yarın bəd günündə,Başın qoyar girəvə.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqOvçu ovun qovladı,Bərə üstə ovladı.Ceyran könül verməzdi,Yəqin onu tovladı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqOvçunun hər nəsi var,Belində qəməsi var.Minib hicran atına,Olmuşam qəmə süvar.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqOymaqdan gəl, oymaqdan,Yar gəlir oynamaqdan.Əllərim qabar, qabar,Qalyana od qoymaqdan.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqPayızın əzəlidir,Bağçanın xəzəlidir.Adına qurban olum,Adların gözəlidir.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqPəncərədən baxan yar,Bulaq kimi axan yar.Gözlə, görən olmasın,Açılıbdı yaxan, yar.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqPəncərənin işığı,Oldum gözün aşığı.Gedirsən, get, tez qayıt,Evimin yaraşığı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqPiyaləni düz gəzdir,Bir özün iç, bir gəzdir.Dünyaya sənsiz baxsam,Gözlərimə mil gəzdir.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqReyhanı əkdim düzə,Göyərdi, qalxdı dizə.Allah bsənə çox şükür,Yar üzün çördü bizə.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqSaçın ücün hörməzlər,Səni mənə verməzlər.Qoy öpüm ağ üzündən,Qaranlıqdır, görməzlər.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqSamavarım quruldu,İçində su duruldu.Köhnə yaram üstünə,Təzə yara vuruldu.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqSar gəlsin dağa dolsun,Bülbüllər bağa dolsun.Sevdiyim yar yolunda,Canım sadağa olsun.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqSisyanı Qafan saxlar,Canda dərd qalan saxlar.Aşiq ar çəkmək üçün,Könüldə qapan saxlar.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqSonam göldə san durdu,Tərlan gördü, yan durdu;Yarım birbaşa getdi,Ürəyimdə qan durdu.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqSöz dedin aldı məni,Çöllərə saldı məni.Zülfün şahmar ilandı,Əl vurdum, çaldı məni.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqSöz deyən aşiq oldu,Elə yaraşıq oldu.O gün yar bizə gəldi,Evimiz işıq oldu.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqSöz qaldı el gələnə,Çırmandı sel gələnə,Gözəl bir bağ salmışam.El gələ kölgələnə.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqSözü sözdən alan var,Zülfün üzə salan var.Gedirsən, tez qayıt gəl,Gözi yolda qalan var.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqŞalı asdım dirəkdən,Bir ah çəkdim ürəkdən.Sənsiz sağalmaz yaram,Təbib gəlsə Firəngdən.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqŞəftəliyəm, ağam mən,Hər meyvədən çağam mən.Qorxma, vəfalı dostum,Ölməmişəm, sağm mən.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqŞirin çayın qəndiyəm,Zülflərin kəməndiyəm.Aləm tufana getsə,Gözlərinin bəndiyəm.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqTabaqda yarım alma,Qalıbdı yarım alma.Alırsan canımı al,Əlimdən yarım alma.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqTamburun qolu uzun,Qoluna mərcan düzün.Yarım var, uzaqdadı,Mən burda necə dözüm.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqTellərin üzə düşdü,Yel vurdu, üzə düşdü.Yar yarından ayrıldı,Məcnun tək düzə düşdü.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqTəbilin sinci məndən,Dürr məndən, inci məndən.Dedim vəfalı dost ol,Demədim, inci məndən.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqTəbriz üstü Marağa,Zülfün gəlməz darağa.Axtarıram yarımı,Düşüb soraq-sorağa.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqTəxt üstündə yatmışam,Əlimdə şam tutmuşam.Yadıma yar düşübdür,Dünyanı unutmuşam.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqTək gündü, nəsdi, neynim?Ürəyim əsdi neynim?Yar ürəyim başını,Doğradı kəsdi, neynim?Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqTənhayi özgə şana,Zülf üzdü özgə şana.Ləblərin zənburiyəm,Getməzəm özgə şana.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqTəpə uçdu, dağ qaldı,Maral qaçdı, sağ qaldı.Yar yada qismət oldu,Mənə ağlamaq qaldı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqTərxun əkdim bel ilən,Suvardım mən sel ilən.Yarımdan ayrılmazdım,Ayırdılar fel ilən.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqTərlan gəlib bu bağa,Qonur budaq-budağa.Ölü olsam dirilləm,Dəysə dodaq-dodağa.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqTərlanım sar əlindən,Dərd çəkir xar əlindən.Canım cəzana gəldi,Bivəfa yar əlindən.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqTərtərdən gərək İncə,Yol çəkmiş gərəgincə.Dərmansız dərddən aşiq,Götürgil gərəgincə.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqTor gördüm, tələ bildim,Çağırdın, gələ bildim.Bir yatmış ceyran gördüm,Yar yatıb elə bildim.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqTorun dəryada qaldı,İşin fəryada qaldı.Ölərsəm, ölüm haqdı,Heyif, yar yada qaldı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqTut ağacı damadı,Yolum xiyabanadı.Əyil öpüm üzündən,Qara tellər yanadı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqTut ağacı qarmaqdı,Tutu barmaq-barmaqdı.Yar bir namə göndərib,Hər sözü yalvarmaqdı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqTutdum bağı şərəkə,Dişlədim oldu ləkə.Necə yaman olurmuş,Yar olmayan mərəkə.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqUlduzlar batmaz, ağlar,Yarı oyatmaz ağlar.İki könül ayrılsa,Gecələr yatmaz, ağlar.Oxu və paylaş →