Azərbaycan şifahi xalq ədəbiyyatı
Bayatılar
Yeddihecalı dördlüklərdə xalqın həsrəti, sevgisi, vətən duyğusu və hikməti.
1007 bayatı
Axtarış və süzgəc
Bayatıları kəşf et
Bayatılar
Mövzuya görə nəticələr
- Bayatı · Hikmət və həyatTənhayi qara gündə,Oxuram qara gündə.Mənim əvvəl dəftərim,Yazılmış qara gündə.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatTorun dağda qur, ovçu,Ovun keçir, vur ovçu!Nə yatıbsan bərədə,Maral gəlir, dur ovçu.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatTovuza bax, tovuza,Köynəyi qanovuza.Sevdim, ala bilmədim,Qaldı gələn payıza.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatTut ağacğ boyunca,Tut yemədim doyunca.Yarı xəlvətdə gördüm,Danışmadım doyunca.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatTut ağacı pıtıraq,Cərgə vuraq oturaq.Birin sən de, birin mən,İntizardan qurtulaq.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatTut ağacın darama,Əldən çıxar barama.Halal zəhmətlə gələr,Haram gedər harama.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatTut ağacın qırdılar,Üstə divar qurdular.Yeniyetmə qız üstə,Doqquz oğlan qırdılar.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatTüfəng atma, səs çıxar,Ovu dağdan gəz, çıxar.Yaman günə səbr edən,Yaxşı günə tez çıxar.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatTüfəng olub ataydım,Bir mənzilə çataydım.Döşün üstə baş qoyub,Şirin yuxu yataydım.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatTüstülənər bacalar,Ocaq üstə sac olar.Zəhmət sevən gün görər,Tənbəl hər vaxt ac olar.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatUçaram gülünüzdən,Qaçaram əlinizdən.Bir yaşıl baş sonayam,Düşərəm dilinizdən.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatUlduz deyiləm, ayam,Ulduzlardan mən sayam.Bir yaman qaynanam var,Əlindən cazanayam.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatUstalar ustasıyam,Xəncərun dəstəsiyəm.El bilir, aləm bilir,Gözlərun xəstəsiyəm.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatUzaqdan bir yel əsdi,Səbrim-qərarım kəsdi.Sağ gözüm sənə qurban,Sol gözüm mənə bəsdi.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatÜlkər Aydan ucadır,Nə aydınlıq gecədir.Mənim halım pis keçir.Sənin halın necədir?Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatÜrəkdə qan qalmadı,Üzüldü, can qalmadı.Elə bir bəla gəldi,Nə ad, nə san qalmadı.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatÜzülmüşəm, üzülmüş,Xumar gözlər süzülmüş.Görən, varmı mənim təkƏli yardan üzülmüş.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatÜzülmüşəm, üzülmüş,Xumar gözlər süzülmüş.Varmı bir mənim təki,Əli əldən üzülmüş.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatÜzüyündə qaşam mən,İgitlikdə başam mən.Yaxşı gündə gəz, dolan,Pis gündə yoldaşam mən.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatVarımdı sözüm sənə,Düşübdü gözüm sənə.Pulum yox qurban kəsim,Qurbanam özüm sənəOxu və paylaş →
- Bayatı · Hikmət və həyatVəsmələ qoşa gəldi,Baxdıqca xoşa gəldi.Əl atdım heyva dərəm,Bir cüt nar qoşa gəldi.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatYaşildi başın, ördək,Qələmdi qaşın, ördək.Həmişə cüt gəzərdin,Hanı yoldaşın ördək.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatYaşım üzümdən gedər,Axar, gözümdən gedər,Çəkməyin oğlan adıAğlım özümdən gedər.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatYaylığı ağ saxlaram,Yuyaram, ağ saxlaram.Dolanıb bizə gəlsən,Səni qonaq saxlaram.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatYaylığın mili yansın,Od tutsun gülü yansın.Sənə "sürün" deyənin,Ağzında dili yansın.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatYeri, dam üstə yeri,Qızıl cam üstə yeri.Ayaqların incisə,Çıx sinəm üstə yeri.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatYol üstündə var çinar,Yarpağı dinar-dinar.Çətin işə düşmüşəm,Qutarsın pərvərdigar.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatYolların başı ilə,Üstünün daşı ilə.Sənə bir kağız yazdım,Gözümün yaşı ilə.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatZəhmətim getdi bada,El gəldi çatdı dada,Yarın gözü yoldadı,Həsrətdi Ordubada.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatZər yaylığı qız boyar,Yüz naxışlar, yüz boyar.Zəhləm o yardan gedər,Sevdiyindən tez doyar.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatZərxaradan arxalıq,Əşrəfidən yaxalıq,Bir busə ver o xaldan,Dadına çatsın xalıq.Oxu və paylaş →