Azərbaycan şifahi xalq ədəbiyyatı
Bayatılar
Yeddihecalı dördlüklərdə xalqın həsrəti, sevgisi, vətən duyğusu və hikməti.
1007 bayatı
Axtarış və süzgəc
Bayatıları kəşf et
Bayatılar
Mövzuya görə nəticələr
- Bayatı · Məhəbbət və eşqLələ mənəm, lələ mən,Dinməyirəm hələ mən,Dərddən, qəmdən, hicrandan,Bağlamışam şələ mən.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqMən aşiq and içmişəm,Bağından gül biçmişəm.Gözəllərin içində,Bircə səni seçmişəm.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqMən aşiq ay camala,Yar əldən ay cam ala.Götür üzdən örtüyün,Baxım bir ay camala.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqMən aşiq daldasına,Qonça gül dalda sına.Namərd, elə namərddir,Üzü nə, daldası nə?Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqMən aşiq dəstə-dəstə,Durnalar dəstə-dəstə.Qasid, dilin qurusun,Düşübdür yarım xəstə.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqMən aşiq gözlərinə,Qoy baxım gözlərinə.Canım canına qurban,Gözlərim gözlərinə.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqMən aşiq güldən allam,Gülabı güldən allam.Bağda bülbülüm ölsə,Qanını güldən allam.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqMən aşiq, gülə baxdı,Bülbüllər gülə baxdı.Bir gözəl gülümsədi,Ağzından gülab axdı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqMən aşiq gülə-gülə,Gül əkdim gülə-gülə.Düşmən evimi yıxdı,Üzümə gülə-gülə.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqMən aşiq günə düşdüm,Kölgədən günə düşüb.Düşmənə xəbər olsun,O deyən günə düşdüm.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqMən aşiq, neylim sənə,Düşübdü meylim sənə.Mən dönsəm, üzüm dönsün,Sən dönsən neylim sənə.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqMən aşiq, nə gözlərsən,Gözlərim nə gözlərsən?O yar səni gözləməz,Sən onu nə gözlərsən.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqMən aşiq oda yaxar,Qəlyanın oda yaxar.Dost-dostunun yolunda,Canını oda yaxar.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqMən aşiq öz günümə,Dərdlərə döz günümə.Düşmən əlimə düşsə,Salaram öz günümə.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqMən aşiq səsə gülləm,Naləyə, səsə gülləm.Yad eldən qaça bilsəm,Yolları kəsə billəm.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqMən aşiq yaman gündə,Boynumda vardı kündə.Hər yaxşı yüz yaşasın,Ölsün yüz yaman gündə.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqMən aşiq verdiyinə,Həmd olsun verdiyinə.Verərsə xudam versin,Qul nədi, verdiyi nə?Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqMən aşiq yaralılar,Dərdlilər, yaralılar.Təbibi burda gördüm,Yığılın yaralılar.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqMən aşiq yerişinə,Qurbanam yerişinə.O qədər ölməyəydim,Çataydım görüşünə.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqMən aşiqəm üz qandı,Sinə qandı, üz qandı.Ev yıxmaq bir qan olsa,Könül yıxmaq min qandı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqMən aşığam ayına,Bəndəm qaşın yayına.Qorxuram kirpik çalam,Üzündən göz yayına.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqMən aşığam bir ay var,Bir ulduz var, bir Ay var.Gündə gördüyüm yarı,Görməmişəm bir ay var.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqMən aşığam əzəldən,Yar yarın verməz əldən.Dostum var, düşmənim var,Salma məni nəzərdən.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqMən aşığam Həsəni,Həqq saxlasın Həsəni.Xəstə gönlü nar istər,Mənim gönlüm na səni.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqMən aşığam hər aylar,Hər ulduzlar, hər aylar.Başım cəllad əlində,Dilim səni haraylar.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqMən aşığam, gülüm vay,Bülbülüm vay, gülüm vay.Bir bağda bağban oldum,Heç dərmədim gülüm vay.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqMən aşığam üzünə,Heyranam qaş-gözünə.Sən məndən əl çəkməzdin,Baxdın əğyar sözünə.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqMən aşığam, yaz, göndər,Payız göndər, yaz göndər.Kağaz ələ düşməsə,Yarpaq üstə yaz, göndər.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqMən gedəndə bahardı,İldırımlar çaxardı.Yara namə yazanda,Göz yaşlarım axardı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqMənim yarım naşıdı,Naşıların başıdı.Atdananda bəy oğlu,Düşəndə yüzbaşıdı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqMənim yarım talışdı,Gərdəni beş qarışdı.Sinəsi məxmər döşək,Qolları nazbalışdı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqNabat xanım naz eylər,Xara tuman toz eylər.Qırx incəbel içində,Yarım mənə göz eylər.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqNaçaram, ha naçaram,Bağlı qapı açaram.Yar gözün yaşlı görsəm,Baş götürüb qaçaram.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqNaçaram, ha naçaram,Bağlı qapı açaram.Yarım cavan olmasa,Baş götürüb qaçaram.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqNaçaram, mən naçaram,Yaman dərdə düçaram.Yar yadıma düşəndə,Nazbalışı qucaram.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqNaxçıvanın duz dağı,Duz qayası, duz dağı.Çəkdi yar sinəm üstə,Dağ üstündən yüz dağı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqNamə yazdım qaradan,Dağlar qalxsın aradan.Qovuşdursun bizləri,Yeri-göyü yaradan.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqNarın irisindənik,Xublar sürüsündənik.Yarımamış bəndənin,Biz də birisindənik.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqNarınc idim, sıxdın yar,Xatirimi yıxdın yar.Dost-düşmən arasında,Çox vəfasız çıxdın, yar.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqNarınca bax, narınca,Əl vurma saralınca.Məndə ürək qalmadı,Yar könlünü alınca.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqNazbalış baş altdadı,Ala göz qaş altdadı.Yalvarram cavab vermir,Ya dili daş altdadı?!Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqNə batmısan qara sən,Könül yara-yara sən.Nə tükənməz dərd oldun,Nə sağalmaz yara sən.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqNə desən qanıram mən,Səni yar sanıram mən.Mənə od nə gərəkdi,Odsuz da yanıram mən.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqNə yatıbsan daş üstə,Qələm oynar qaş üstə.Sən haçan ilqar verdin,Mən demədim baş üstə.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqO görünən Ağdamdı,Qara damdı, ağ damdı.Yar yoluna baxmaqdan,Gözlərimə ağ damdı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqO şəhla göz, xumar göz,Yar əğyara yumar göz.Bir qəlbim var verirəm,Canımı da umar göz.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqO tay bu taya baxar,Arxasından çay axar.Çıxsın gözlərim, əgər,Sənsiz dünyaya baxar.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqOd tutub yanaram mən,Gizli söz qanaram mən.Gözlərim yar yolunda,Günləri sanaram mən.Oxu və paylaş →