Azərbaycan şifahi xalq ədəbiyyatı
Bayatılar
Yeddihecalı dördlüklərdə xalqın həsrəti, sevgisi, vətən duyğusu və hikməti.
1007 bayatı
Axtarış və süzgəc
Bayatıları kəşf et
Bayatılar
Mövzuya görə nəticələr
- Bayatı · Hikmət və həyatNar ağacı vuruldu,Su dibində duruldu.Hamının yarı gəldi,Mənim boynum buruldu.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatNarınca bax, narınca,Saxlaram saralınca.Al qılınc, vur boynumu,Məni gözdən salınca.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatNarınca bax, narınca,Saxlaram saralınca.Öləydim, qurtaraydım,Bu günlərə qalınca.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatNarınca bax, narınca,Saxlaram saralınca.Şama döndü ürəyim,Səndən cavab alınca.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatNarıncı oyub getmə,Qabığın soyub getmə.Mən yazığa rəhm eylə,İntizar qoyub getmə.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatNə budaqdı, nə daldı,Nə qovğadı, nə qaldı.Öldü, canın qurtardı,Mən yazığa nə qaldı.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatNə istər tanrı yardan,Əl çəksin barı yardan.Fələyin qaydasıdı,Ayırır yarı yardan.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatNə köçən köçdən oldu,Nə uçan quşdan oldu.Qəza bir iş eylədi,Əməyim heçdən oldu.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatO da məni yandırır,Bu da məni yandırır.Soyundum, suya düşdüm,Su da məni yandırır.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatO da yandırır məni,Bu da yandırır məni.Deyirlər ki sərindir,Su da yandırır məni.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatO gələn naxırdımı,Saralan naxırdımı?!Deyirdin tez gələcəm,Mənzilin yaxındımı?Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatO tayda duran bəndə,Bir heyva gördüm səndə.Heyva kimi saraldım,Heç insaf yoxmuş səndə.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatOba qalxdı, köçərlər,Köçü köçdən seçərlər.Yetimin göz yaşından,Körpü salıb keçərlər.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatOcağa odun qala,Od gəti, odun qala.Qorxuram, düşəm öləm,Sinəmdə odun qala.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatOd mənəm, ocaq mənəm,Üstündə sacaq mənəm.Gəlib səni görməsəm,Qaranlıq bucaq mənəm.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatOd yandı, odu keçdi,Qəlyanın odu keçdi.Aç gözün, qafil ovçu,Maralın odu, keçdi.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatOğlan, adın Alıdır,Hamı bizdən halıdır.Verdiyin qızıl üzük,Barmağımın malıdır.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatOğlan adın Firqandı,Hər baxışın bir qandı.Elə bildim sən gəldin,Sümüklərim yırğandı.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatOğlum, əldə saz gətir,İşvə apar, naz gətir.Qışda adaxlanmısan,Gəlnimi yazda gətir.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatOtururam binədə,Tambur çaldım sinədə,Üç ildən bir görməsəm,Unutmaram yenə də.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatOvçu ayağı gözlər,Eyvan dayağı gözlər.Məndə taqət qalmadı,Baxdı o yağı gözlər.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatOvçu bərədən gəlir,Dağdan, dərədən gəlir.Dağda qar yox, bulud yox,Bu sel haradan gəlir?Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatOvçular duran yerdə,Oxunu quran yerdə.Ovçu, əlin qurusun,Mənə ox vuran yerdə.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatOvçular ovun ovlar,Gözləyər ovun ovlar.Murquzdan qalxan tərlan,Yalvazda ovun ovlar.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatPəncərədən daş gələr,Xumar gözdən yaş gələr.Səni mənə versələr,Hamıya da xoş gələr.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatPəncərədən gün düşdü,Gün düşdü, bağrım bişdi.Ala gözlü cananım,Yenə yadıma düşdü.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatPərvanə oda yansın,Mən gedim, o dayansın.O ki, məni yandırdı,Od tutsun, o da yansın.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatSaatın tərsə taxma,Dönüb dalına baxma.Özün gör, özün bəyən,Ellər sözünə baxma.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatSandıq üstə süzərəm,Sandığa gül bəzərəm.Ağır elin qızıyam,Ona layiq gəzərəm.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatSarı çuxam yırtılsın,Yaxam səndən qurtulsun.Qarğışa dilim dönməz,Burnun yerə sürtülsün.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatSən gedəli il oldu,Viran bağlar kül oldu.Sinəmi yardı keçdi,Bu nə yaman dil oldu.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatSu gəlsə sel bilərdim,Meyəssə yel bilərdim.Dağda bir oba salsan,Mən səni el bilərdim.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatŞamama tağda durdu,Gül açdı, tağda durdu.Cəfa çəkdim gül əkdim,Onu da şaxta vurdu.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatŞimşək çaxır gözlərdən,Qan-yaş axır gözlərdən.Nə olmuş ya İlahi?Alov qalxır sözlərdən.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatŞirmayi telə işlər,Dəyirman yelə işlər.Heç kafərin başınaGəlməsin belə işlər.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatŞuşa qədim qaladı,Dörd bir yanı taladı.Sevgi şirin nemətdi,Ayrı düşmək bəladı.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatTambur ilən, saz ilən,Ördək ilən, qaz ilən.Bircə gecə yataydım,Sevdiciyim qız ilən.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatTambur saz oldu, neylim?Ördək qaz oldu, neylim?Mən bir azara düşdüm,Səbəb qız oldu, neylim?Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatTamburun teli nazik,Qol üstə cift bilərzik.Yadigara vermişəm,Qırmızı qaşlı üzük.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatTamburun üzü taxta,İkimiz bir otaxda.Mən nə çarə eyləyim,Allah verməyən baxta.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatTala boyu əvəlik,Zoğunu qırpar əlik.Biz elə tayfayıq ki,Ölənədək sevərik.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatTanrı, məni quş eylə,Qanadım gümüş eylə.Dar doqqazda, dar yolda,Yarı mənə tuş eylə.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatTapmadın tay mənimçün,Vermədin hay mənimçün.Mən ölsəm, sənə qurban,Sən ölsən, vay mənimçün.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatTapmısan güldə məni,Görürsən ildə məni.Dedin səni sevirəm,Sevirsən dildə məni.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatTeşt altında dələmə,Qaşın bənzər qələmə.Mən səni gizli sevdim,Niyə dedin aləmə?Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatTənbəldən kömək olmaz,Kimsəyə gərək olmaz.İşində çalışgilən,Zəhmətsiz yemək olmaz.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatTəndirə daş qoymuşam,Üstə lavaş qoymuşam.Gündüz gəlmə, gecə gəl,Böyrümü boş qoymuşam.Oxu və paylaş →
- Bayatı · Hikmət və həyatTənəkdə vardı qora,Bilmədim, düşdüm tora.Bizi ayrı salanl,Rahat getməsin gora.Oxu və paylaş →