Azərbaycan şifahi xalq ədəbiyyatı
Bayatılar
Yeddihecalı dördlüklərdə xalqın həsrəti, sevgisi, vətən duyğusu və hikməti.
1007 bayatı
Axtarış və süzgəc
Bayatıları kəşf et
Bayatılar
Mövzuya görə nəticələr
- Bayatı · Məhəbbət və eşqGəlin, diləkli gəlin.Ceyran ürəkli gəlin.Xəmir yoğur, çörək yap,Ay şir biləkli gəlin.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqGəlinə bax, gəlinə,Zülfün alıb əlinə.Şirin-şirin danışır,Mən qurbanam dilinə.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqGörünən İncədimi?Miyanə, İncədimi?Aşiq der: Baba görsün,O mən deyinsədimi?Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqGöydə qara buludlar,Parə-parə buludlar.Mənim ərzi-halımı,Apar yara, buludlar.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqGöydə ulduz cidadır,Canım yara fədadır,Qəm çəkmə, maral gözlüm,Mətləb verən xudadır.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqGözlərin xumar indi,Yaş tökər, yumar indi.Tök zülfün üzün üstə,Könül nar umar indi.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqGözlərin şuxdu sənin,Kipriyin oxdu sənin.Dərdin məni öldürür,Xəbərin yoxdu sənin.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqGül açıb ara bağlar,Bəzənib bara bağlar.Aşiq yüz söz qoşsa da,Axırın yara bağlar.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqGül açıb bənövşəsi,Qırılıb qəlb şişəsi.Yarı nadan gözəlin,Ağlamaqdı peşəsi.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqGüldanda gül əkirəm,Güldən gülab çəkirəm.Düşəsən eşq oduna,Görəsən nə çəkirəm.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqGülü biçdim oraqla,Sərdim yerə paraqla.İtirmişəm yarımı,Axtarıram, soraqla.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqGün dolanar, ay batmaz,Yar dərdi dərdə qatmaz.Göz görüb, könül sevən,Yaxın gələr, söz atmaz.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqGün getdi dağ başına,Örtüb duvaq başına.Könül şamama istər,Dolanar tağ başına.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqGün getdi dağ başına,Yar örtər ağ başına.Oğlan şamama istər,Dolanar tağ başına.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqGün gələr, batar gedər,Durnalar qatar gedər.Vəfalıya can qurban,Bivəfa atar gedər.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqGünləri bir-bir sına,Yar verdi bir sirr sana.Bir elm, bir də sənət,Xəzinədir insana.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqHay salıram oyanmır,Dərdə, qəmə boyanmır.Eşq oduna düşmüşəm,Mən yanıram, o yanmır.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqXal görmədim xalınca,Xalından kam alınca,Bilsəydim bivəfasan,Göz qoymazdım dalınca.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqXal vurmuşam xal üstə,Zülfü tökmə şal üstə.Söz dedin, könül aldın,Şərbət tökdün bal üstə.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqXan kəndinin düzü var,Çöllərində quzu var.İki könül bir olsa,Kimin buna sözü var.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqXan getdi, çəkmə qaldı,Ləbə mey çəkmə, qaldı.Yarın yad oldu, aşiq,Sənə cançəkmə qaldı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqXan Kərəmin bağı var,Girmə bağa, yağı var.Dindirmə, qan ağlaram,Sinəmdə yar dağı var.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqXəbər verdim, naz gəldi,Bahar ötdü, yaz gəldi.Dayandım toyxanada,Yar əlində saz gəldi.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqXəcalət təri səndə,Sevdasəri səndə.Mənnən keçən günlərin,Yoxmu əsəri səndə?Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqXəstəyəm, yan üstəyəm,Yaram var, qan üstəyəm.Gəl bir qol-boyun olaq,Ölürəm, can üstəyəm.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqXumar gözlər məstana,Adın sığmaz dastana.Ağla, a yarım ağla,Təki dəsmal istana.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqXumar-xumar baxan yar,A sultan yar, a xan yar.Ağlım almaq istəsən,Açıq saxla yaxan, yar.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqİncidən bəydi məni,Saraldan neydi məni.Dost bilib könül verdim,Bəd yerdə əydi məni.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqİncidir əğyar məni,Xəncər alıb yar məni.Gör nə zamandı zaman,Ovlayır bu sar məni.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqİstəkanın bullurdan,İstərəm cani-dildən.Gətir caynaq çəkişək,Sən dodaqdan, mən dildən.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqİşim düşdü bəndə, yar,Can qalmadı məndə, yar.Allah məni öldürsün,Sən də qurtar, mən də, yar.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqKəməndin atan tellər,Aşiqin satan tellər.Əl vurma, çalar səni,Qıvrılıb yatan tellər.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqKətanın var daraqda,Bir yar sevdim İraqda.İraqda olur – olsun,Sevgisi var ürəkdə.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqKönlüm qaldı səndə, yarTəbib yardı, sən də yar.Mən sənə neylədim ki,Küsüb getdin sən də, yar!Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqKöynəyi yaşıl oğlan,Əcəb yaraşır oğlan.Gözüm gözünə düşcək,Dilim dolaşır oğlanOxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqQalanın bucağında,Od yanar ocağında.Qoy məni öldürsünlər,Yarımın qucağında.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqQara dağın düzü var,Düzlərində quzi var.İki könül bir olsa,Kimin ona sözü var?Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqQaşların qatar-qatar,Kirpigin oxlar atar.Yarpaqların gül açmış,Dodaqların bal sata.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqQərənfil qutudadı,Xumar göz yuxudadı.Qəm çəkmə, dəli könül,Mətləb verən Xudadı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqQərənfiləm, talx indi,Dəli könlüm, qalx indi.Yarım əlimdən getdi,Rahat olsun, xalx indi.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqQərənfili dərəndə,Dərib yerə sərəndə,Yara könlümü verrəm,Mənə könül verəndə.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqQırmızıdır kürkün, yar,Çıx küçəyə gör kim var,Əhdinə düz çıxmadın,Yerə girsin börkün, yar.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqQızıldır dişin sənin,Müşküldür işin sənin.Niyə səntək gözəli,Sevməyir kişin, gəlin?Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqQızılgül üzüləndə,Gilabı süzüləndə.Sevgi yadıma düşür,Gözəllər düzüləndə.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqQızılgüləm, aşmaram,Aşsam da dolaşmaram.Sən dövlətli, mən kasıb,Mən sənə yaraşmaram.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqQolbağısı qolunda,Gəzər bulaq yolunda.Sən nə qədər gözəlsən,Mələk varmı soyunda?!Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqQuşlar göydə pər açdı,Günəş yerə nur saçdı.Yar məndən ayrılanda,Üzümün rəngi qaçdı.Oxu və paylaş →
- Bayatı · Məhəbbət və eşqQuzum bulağa çıxıbEnib bulağa çıxıb,Siz Allah xoş söz deyin!Yarım qulağa çıxıb.Oxu və paylaş →